Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İlham Əliyev Vyanadadır- danışıqlarla bağlı çox mühüm xəbər (SON DƏQİQƏ)-YENİLƏNİR

16-05-2016, 21:12 Baxış: 1 342
 


Tezis.az TASS-a istinadən xəbər verir ki, Vyanada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirib. 

"Mogerini Əliyev və Sarkisyanla görüşür. Daha sonra iki ölkə prezidentləri ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”, - deyə mənbə bildirib. 

 

*** 

Azərbaycan prezidenti İlham Əliyev artıq Dağlıq Qarabağ üzrə danışıqların keçiriləcəyi Vyana şəhərindədir. Ermənistan prezidenti Serj Sarkisyan da Vyanaya gəlib. Bu saatlarda Venyada Rusiyanın, ABŞ-ın və Fransanın Xarici İşlər Nazirliklərinin başçılarının iştirakı, ATƏT-in minsk qrupunun sədrliyi ilə Dağlıq Qarabağ münaqişənini tənzimlənməsi üzrə danışıqlar başlayacaq. 
Tezis.az bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada Qarabaq üzrə danışıqlarda tərəflərin birgə bəyanat verməsi üçün cəhd edirlər. Bu barədə TASS agentliyinədiölomatik qaynaqlardan məlumat daxil olub. Agentılik bildirir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə tərəflərin birgə bəyanat verməsi üçün mətn üzərində işləyirlər. Diplomatik mənbə bildirir ki, bu bəyanat "regionda münaqişənin siyasi həllinə istiqamətlənmiş mövqenin möhkəmləmdirilməsinə yönələcək.”
Tezis.az