Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Azərbaycan kubokunu "Qarabağ" qazandı

25-05-2016, 22:58 Baxış: 508
Azərbaycan kubokunu "Qarabağ" qazandı 
Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə "Qarabağ” və "Neftçi” komandaları qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. 

Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub,  3 dəfə isə (1993, 2015, 2016-cı illər)  "qızıl dubl" edib. 

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. "Qarabağ” 3:1 hesabı ilə qalib gələrək "qızıl dubl” etmişdi.