Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

"Neftçi" və "İnter" komandaları qələbə qazanıb

13-12-2016, 19:05 Baxış: 223
"Neftçi" və "İnter" komandaları qələbə qazanıb Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında daha iki oyun başa çatıb. "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların üstünlüyü şəraitində keçib. "Ağ-qaralar"ın heyətində Jonas Pesalli het-trik edib. Nəticədə "Neftçi" 3:0 hesablı qələbə qazanıb. "İnter" isə doğma azarkeşlər önündə Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb. Əyalət təmsilçisi bu görüşdə məğlub tərəf olub. Paytaxt klubunda Rauf Əliyev və Nizami Hacıyev fərqlənib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.