Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

KONTE ARDICIL ÜÇÜNCÜ DƏFƏ İNGİLTƏRƏ PREMYER LİQASININ ƏN YAXŞI MƏŞQÇİSİ SEÇİLİB

14-01-2017, 06:12 Baxış: 296
KONTE ARDICIL ÜÇÜNCÜ DƏFƏ İNGİLTƏRƏ PREMYER LİQASININ ƏN YAXŞI MƏŞQÇİSİ SEÇİLİB

Londonun "Çelsi" klubunun italiyalı baş məşqçisi Antonio Konte ardıcıl üçüncü dəfə ayın məşqçisi adını qazanmaqla İngiltərə Premyer Liqasında rekorda imza atıb.Bu barədə klubun saytında məlumat yerləşdirilib.Onun komandası dekabr ayı ərzində keçirdiyi altı oyunda maksimum sayda xal toplaya bilib. "Çelsi" futbolçuları əvvəlki iki ayda olduğu kimi hücum futbolu sərgiləyərək müdafiədə etibarlı oynayıblar. "Zadəganlar" dekabrda cəmi 3 qol buraxıblar, rəqib qapılarına 13 qol vurulub."Mən çox fəxr edirəm. Bu mənim üçün böyük şərəfdir, lakin mən bütün oyunçularıma, komandanın personalına və kluba minnətdarlıq etmək istəyirəm, çünki bu bizim ümumi mükafatımızdır. İndi bizə komanda işini uğurla davam etdirmək vacibdir", - deyə italiyalı baş məşqçi bildirib.