Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qitənin ən güclü "REAL"lığı

29-05-2016, 02:41 Baxış: 497
Qitənin ən güclü "REAL"lığı  
Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.

Tezis.az Qol.az-a istinadən bildirir ki, artıq qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olub.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  - "Real” və "Atletiko” üz-üzə gəlib.

İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilirdi.

"San Siro"da keçirilən Madrid derbisinin əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyasıan ehtiyac duyulub. Burda daha dəqiq olan "Real" 11-ci dəfə ÇL-in qalibi olub.

Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan "Real” finalda məhz "Atletiko”ya qalib gəlmişdi. 
Tezis.az