Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Astara mərhələsi başlayıb

9-04-2017, 12:37 Baxış: 228


IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Astara mərhələsi başlayıb "Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb.

Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən "Yanar Bulaq” kompleksi olub.

Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın  suyundan götürüblər. Sonra səyahət iştirakçıları Astara  şəhərinə yola düşüblər.

Su mərasimi bu gün 20:00-da Astarada dənizkənarı Park-Bulvarda su festivalı  ilə müşayiət olunacaq.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.