Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"FORMULA-1" ÜZRƏ SOÇİ QRAN-PRİSİNƏ YEKUN VURULUB

30-04-2017, 20:11 Baxış: 271

"FORMULA-1" ÜZRƏ SOÇİ QRAN-PRİSİNƏ YEKUN VURULUB

"Formula-1" üzrə mövsümdə sayca 4-cü Soçi Qran-Prisinə yekun vurulub.

Qalib adını "Mercedes"in pilotu Valtteri Bottas qazanıb. O, finişə 1 saat 28 dəqiqə 8,743 saniyəyə çatıb. 

Sonrakı iki yeri "Ferrari" pilotları tutub. Sebastyan Fettel ondan 0,617 saniyə geri qalaraq 2-ci, Kimmi Raykonnen isə 11 saniyə gecikərək 3-cü yeri tutub. 

Bottas bu mövsüm ilk dəfə Qran-Prinin qalibi olub. Əvvəlki mərhələlərdə "Mercedes"in digər pilotu Luis Hemilton 2, "Ferrari"dən Kimmi Raykonnen 1 dəfə qalib olub. Hemilton bu dəfə 4-cü yerlə kifayətlənib. 

Qeyd edək ki, 4 mərhələdən sonra Sebastyan Fettel 86 xalla 1-ci pillədə qərarlaşıb. Luis Hemilton 73 xalla 2-ci, Valtteri Bottas isə 63 xalla 3-cüdür. Avtomobillərin mübarizəsində isə liderlik 136 xalı olan "Mercedes"ə məxsusdur. "Ferrari" 135 xalla 2-ci, "Red Bull Racing Tag Heuer" isə 57 xalla 3-cüdür.