Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Rövnəq Abdullayev: "...8 klub 4 dövrədə çıxış edəcək"

7-06-2016, 13:25 Baxış: 316

Rövnəq Abdullayev: "...8 klub 4 dövrədə çıxış edəcək"

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında əsas müzakirələr klubların lisenziyalaşma ilə bağlı problemləri ətrafında gedib. 

Bu barədə jurnalistlərə iclasın ardından keçirdiyi brifinqdə qurumun prezidenti Rövnəq Abdullayev açıqlama verib.

O bildirib ki, həm Premyer Liqa, həm də I Divizion klubları lisenziya tələblərinə tam cavab vermir: "Qərara aldıq ki, iyunun 13-dək PFL və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun. Həmin görüşdən sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, 8 klub 4 dövrədə çıxış edəcək". 

Qeyd edək ki, hazırkı vəziyyətdə AFFA 8 kluba – "Qarabağ”, "Qəbələ”, "İnter”, "Neftçi”, "Zirə”, AZAL, "Kəpəz” və "Sumqayıt”a Premyer Liqada oynamaq üçün lisenziya verib.