Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Türkmənistan İslamiadaya 130 nəfərlik heyətlə gəlib

11-05-2017, 20:05 Baxış: 191
Türkmənistan İslamiadaya 130 nəfərlik heyətlə gəlib Türkmənistan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 130 nəfərlik heyətlə gəlib.

Bu barədə ölkənin idman komitəsindən "Turkmenportal”a bildiriblər.

Türkmənistan idmançıları 12 növdə - voleybol (kişilər), boks, tennis, ağırlıqqaldırma, cüdo, güləş (sərbəst və yunan-Roma), üzgüçülük, 3x3 basketbol, atletika, taekvondo, uşu və karate üzrə yarışlarda mübarizə aparacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Lakin mayın 8-dən etibarən futbol və həndbol yarışlarına start verilib.