Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Avro-2016: tətillər üstəgəl terror təhlükəsi

9-06-2016, 17:19 Baxış: 220

Avro-2016: tətillər üstəgəl terror təhlükəsi

 


Futbol üzrə Avropa çempionatı astanasında turniri qəbul edən Fransada etiraz dalğaları səngimək bilmir.

Tezis.Az Euronews telekanalına istinadla xəbər verir ki, ötən gün Parisdə əmək islahatlarına etiraz edən nümayişçilərlə polis arasında yeni toqquşmalar qeydə alınıb. Bundan başqa, dəmiryolçuların müddətsiz tətili də artıq səkkizinci gündür ki, davam edir. Nümayiş iştirakçıları Parisin Şimal vağzalında UEFA kubokunu gətirən qatarın yolunu kəsiblər.

El-Komri qanununun ləğv olunması tələbi ilə çıxış edən etirazçılar futbol üzrə Avropa çempionatının keçirildiyi vaxt ölkəni iflic edəcəkləri ilə hədələyiblər. Bir qədər əvvəl kubok Fransanın 25 şəhərində nümayiş olunsa da, etirazlar səbəbindən onun Parisdəki təqdimatı baş tutmayıb.

Çempionatın başlamasına bir gün qalmış tətil probleminin üzərinə terror təhlükəsi də əlavə olunub. Bu barədə eyni vaxtda bir neçə ölkənin xüsusi xidmət orqanları xəbərdarlıq ünvanlayıb. Avro-2016-nın təşkilat komitəsinin prezidenti Jak Lamber də terror təhlükəsi ilə bağlı narahatlığını ifadə edib.

Avro-2016: tətillər üstəgəl terror təhlükəsi