Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bu gün Formula 2 pilotlarının sərbəst yürüşləri başa çatdı

23-06-2017, 12:10 Baxış: 160

Bu gün Formula 2 pilotlarının sərbəst yürüşləri başa çatdı

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 avtomobil yarışlarına start verilib.
Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb. Yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilir. Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək.
Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq. Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir.
Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.Bu gün Formula 2 pilotlarının sərbəst yürüşləri başa çatdı