Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

“Mançester Yunayted”in qapıçısının adı seks qalmaqalında

11-06-2016, 11:19 Baxış: 423
“Mançester Yunayted”in qapıçısının adı seks qalmaqalındaİspaniya yığmasının və "Mançester Yunayted” klubunun qapıçısı David De Xeaonun cinsi istismarda iştirakı ilə bağlı məlumatı təkzib edib. Tezis.az xəbər verir ki, futbolçu bu məlumatların doğru olmadığını söyləyib: "Yayılan məlumatlar yalandır. Vəkillərim hazırda bununla məşğuldurlar. Xəbəri eşidəndədərhal ailəmlə əlaqə saxladım ki, rahat olsunlar.  Bu xəbəri eşidəndə"playstation" oynayırdım. Mən həmişə sakitəm. Bu cür uydurmalar məni daha da sakitləşdirir". 
Mətbuatda İspaniya millisinin qapıçısı David De Xea cinsi istismarda ittiham olunduğu barədə xəbərlər yayılıb. Kimliyi açıqlanmayan bir qadın De Xea ilə yanaşı, "Atletik Bilbao"nun oyunçusu İker Muniainin də adını cinsi istismarda çəkib. Məlumatda qeyd olunub ki, De Xea və Muniain ittihamları qəbul ediblər. İspaniya futbol yığmasının baş məşqçisi Visente Del Boske bu hadisədən sonra De Xeanı Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına (Avro-2016) apardığı heyətdən çıxarıb.