Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

"REAL MADRİD" 10-CU DƏFƏ İSPANİYA SUPERKUBOKUNUN QALİBİ OLUB

17-08-2017, 08:43 Baxış: 275
 
"REAL MADRİD" 10-CU DƏFƏ İSPANİYA SUPERKUBOKUNUN QALİBİ OLUB

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

"Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb.

Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.

Bununla da "Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.  

Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və "Real"ın 3:1 qələbəsi ilə başa çatıb.