Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

"Qarabağ"ın rəqibləri müəyyənləşdi - CANLI YAYIM, YENİLƏNİB

24-08-2017, 21:12 Baxış: 247
"Qarabağ"ın  rəqibləri müəyyənləşdi - CANLI YAYIM, YENİLƏNİB
Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu nüfuzlu qitə turnirinə vəsiqə qazanmış "Qarabağ"ın rəqibləri müəyyənləşib.
"Qarabağ" C qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri qitənin adlı-sanlı komandaları
- "Çelsi”, "Atletiko” və "Roma” olacaq. 20:13 Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi başlayıb. Püşkatma nəticəsində komandaların hansı qruplarda yarışacaqları məlum olacaq.
Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu nüfuzlu qitə turnirinə vəsiqə qazanmış "Qarabağ"ın da rəqibləri bilinəcək. Qrup mərhələsinin səbətləri bu şəkildə formalaşdırılıb.
I səbət "Real” "Bavariya” "Çelsi” "Yuventus” "Benfika” "Monako” "Spartak” (Moskva) "Şaxtyor”
II səbət "Barselona” "Atletiko” PSJ "Borussiya” (Dortmund) "Sevilya” "Mançester Siti” "Porto” "Mançester Yunayted”
III səbət "Napoli” "Tottenhem” "Bazel” "Olimpiakos” "Anderlext” "Roma” "Beşiktaş” "Liverpul”
IV səbət "Seltik” "Qarabağ” APOEL "Sportinq” MOİK (Moskva) "Feyenord” "Maribor” "Leypsiq” Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin, ötən turnirin ən yaxşı oyunçuları mükafatlandırılacaq.