Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Avropa çempionatı: Azərbaycan voleybol millisi 1/4 finala yüksəlib

25-09-2017, 20:24 Baxış: 350
Avropa çempionatı: Azərbaycan voleybol millisi 1/4 finala yüksəlibVoleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qrup mərhələsinin son oyununda Almaniya yığmasından 2 set almağı bacarıb. Bakıdakı Milli Gimnastika arenasında təşkil olunan görüşün ilk 3 setindən sonra meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
Bu isə o deməkdir ki, hətta 2:3 hesabı ilə uduzsa belə, Azərbaycan millisi qrup mərhələsini 7 xalla birinci pillədə yekunlaşdıracaq. Almaniya isə 6 xalla 2-ci yeri tutacaq.
Qrupda birinci yer isə 1/4 final mərhələsinə birbaşa vəsiqə deməkdir.
Daha əvvəl bu hüquqa Rusiya, İtaliya və Serbiya yiyələnib.