Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

BU GÜN "QARABAĞ" BAKIDA "ROMA"NI QƏBUL EDƏCƏK

27-09-2017, 09:10 Baxış: 204
BU GÜN "QARABAĞ" BAKIDA "ROMA"NI QƏBUL EDƏCƏK

Futbol üzrə Çempionlar Liqasında II tura bu gün keçiriləcək daha 8 oyunla yekun vurulacaq.

Günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında olacaq. 

Qalan 7 qarşılaşma isə eyni saatda başlanacaq. Mərkəzi görüş elə C qrupunda İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq. 2018-2019 mövsümündə Çempionlar Liqasının final matçının keçiriləcəyi "Metropolitano" stadionundakı qarşılaşmaya türkiyəli referi Cüneyt Çakır təyinat alıb. İlk turda "Çelsi" "Qarabağ"ı Londonda böyük hesabla yenib - 6:0. "Atletiko" isə İtaliyada "Roma" ilə qolsuz heç-heçə edib. 

Daha bir diqqətçəkən matç Fransanın paytaxtı Parisdə PSJ ilə Almaniya "Bavariya"sı arasında olacaq. İlk turdan sonra B qrupundakı hər iki komandanın hesabında 3 xal var. 

Açılış oyunlarını qələbə ilə başa vuran A qrupundakı Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i də bu gün üz-üzə gələcəklər. 

Nəhayət, D qrupunda ilk turdan qalib ayrılan Portuqaliya "Sportinq"i ilə İspaniya "Barselona"sı qarşılaşacaq. 

Çempionlar Liqası, II tur

27 sentyabr

A qrupu

22:45. "Bazel" (İsveçrə) - "Benfika" (Portuqaliya)

22:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 3, MOİK - 3, "Bazel" - 0, "Benfika" - 0. 

B qrupu

22:45. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

22:45. "Anderlext" (Belçika) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bavariya" - 3, PSJ - 3, "Seltik" - 0, "Anderlext" - 0.

C qrupu

22:45. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) 

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)

Xal durumu: "Çelsi" - 3, "Roma" - 1, "Atletiko" - 1, "Qarabağ" - 0. 

D qrupu

22:45. "Sportinq" (Portuqaliya) - "Barselona" (İspaniya)

22:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Barselona" - 3, "Sportinq" - 3, "Yuventus" - 0, "Olimpiakos" - 0. 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.