Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FUTBOL ÜZRƏ AZƏRBAYCAN PREMYER LİQASI: "NEFTÇİ" "KEŞLƏ" - 3:1

25-11-2017, 23:27 Baxış: 192
FUTBOL ÜZRƏ AZƏRBAYCAN PREMYER LİQASI: "NEFTÇİ" "KEŞLƏ" - 3:1

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Neftçi” "Keşlə”ni qəbul edib.

"Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 33-cü dəqiqəsində Mirabdulla Abbasov fərqlənib. 51-ci dəqiqədə İqnasio Herrera "ağ-qaralar"ın üstünlüyünü artırıb. Lakin 69-cu dəqiqədə Adrian Skarlatake hesabı minimuma endirib. Buna baxmayaraq, matçda son nöqtəni meydan sahibləri qoyublar. Kapitan Ruslan Abışov 89-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib - 3:1.

Bu qələbə sayəsində xallarını 16-ya çatdıran "Neftçi"i top fərqinə görə "Sumqayıt"ı qabaqlayaraq 4-cü pilləyə yüksəlib. "Keşlə" isə 8 xalla 7-ci sırada qalıb.

Azərbaycan Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

17:00. "Neftçi” – "Keşlə” - 3:1

Qol: Mirabdulla Abbasov, 34. İqnasio Herrera, 51. Ruslan Abışov, 89 - Adrian Skarlatake, 69

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Bakcell Arena”