Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"ÇELSİ"NİN BAŞ MƏŞQÇİSİ MƏTBUAT KONFRANSINDA BADƏ QALDIRIB - VİDEO

27-12-2017, 10:24 Baxış: 147
"ÇELSİ"NİN BAŞ MƏŞQÇİSİ MƏTBUAT KONFRANSINDA BADƏ QALDIRIB - VİDEO
"Çelsi" futbol komandasının baş məşqçisi Antonio Konte "Brayton"u 2:0 hesabı ilə yendikləri İngiltərə Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında şampan şərabı içib. İtaliyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib. O deyib: "Düzdür, Milad bayramı iki gün əvvəl idi. Amma mən bugünkü oyundan sonra sizi təbrik etmək istərdim. Sizə və ailənizə xoşbəxt yeni il arzulayıram. "Çelsi" üçün Yeni İldə "Stok Siti" ilə oyun olacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam". Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la birgə yer aldığı qrupdan ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib. Növbəti mərhələdə rəqib İspaniya "Barselona"sı olacaq.