Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bakıda Formula 1 üzrə Avropa Qran Prisi gələn il axşam saatlarında keçirilə bilər

24-06-2016, 10:39 Baxış: 221
Bakıda Formula 1 üzrə Avropa Qran Prisi gələn il axşam saatlarında keçirilə bilər
Formula 1 üzrə Avropa Qran Prisi axşam saatlarında keçirilə bilər. Bu barədə Formula 1-in baş promouteri Berni Ekklstoun açıqlama verib. 
Onun fikrincə, süni işıqlandırma şəraitində küçə yürüşü xüsusən maraqlı olacaq: "2017-ci ildə daha nələr etməyin gərəkliyi üzərində düşünmək lazımdır. Məsələn, təşkilatçılar trası daha açıq edə bilərlər. Bunu indi etmədilər, çünki hər şeyin necə işləyəcəyini bilmədikləri üçün sığortalandılar. Yürüşün başlanğıcının axşam saat 7-də olmasını istərdim. Bakı mərhələsinin daha layiqincə təşkili üçün hansı səylərin göstərildiyi görmək xoş olardı. Tras çox yaxşı çıxdı". 
Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakıda keçirilib. Müqaviləyə əsasən, bu yürüş daha 4 il Azərbaycan paytaxtında təşkil olunmalıdır.