Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AXC-nin 100 illik yubileyi şərəfinə “Milli Atçılıq Festivalı” keçiriləcək

30-05-2018, 10:06 Baxış: 223
AXC-nin 100 illik yubileyi şərəfinə “Milli Atçılıq Festivalı” keçiriləcək Azərbaycan Atçılıq Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verəcək.

Federasiyadan verilən məlumata görə, 2-17 iyun tarixlərini əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər baş tutacaq.

Əvvəlcə iyunun 2-si Binə Atçılıq Mərkəzində Cıdır üzrə "100 İllik Yubiley Kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.

5, 6, 7 və 9 iyunda isə Çövkən Milli Atüstü Oyunu üzrə "100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarixlərində oynanılacaq təsnifat mərhələlərinin ardında 7 iyun tarixində yarımfinal oyunları təşkil olunacaq. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edəcək.

Ardınca iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri baş tutacaq. Elite Horse & Polo Club-un yaşıl arenasında keçiriləcək turnir 2 kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 000 manat təşkil edəcək.

15-17 iyunda isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq 6-cı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun olacaq. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət "Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.