Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb

27-08-2018, 08:32 Baxış: 265
Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"G” qrupunda mübarizə aparan yığmamız Bakıda Yunanıstan komandası ilə qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində keçirilən görüş millimizin 2:3 (25:20, 25:22, 22:25, 18:25, 5:15) hesablı məğlubiyyəti ilə başa çatıb. Bu oyundan sonra Fərid Cəlalovun yetirmələri qrupda 5 xalla ikinci yerdədir. 11 xalı olan Yunanıstan qrupun lideridir. İsveç komandası 4 xalla üçüncü, Lüksemburq 1 xalla sonuncu pillədədir.
Xatırladaq ki, gələn il yanvarın 5-də keçiriləcək növbəti oyunda Azərbaycan yığması Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmadan dörd gün sonra isə voleybolçularımız səfərdə İsveç yığmasının qonağı olacaqlar.
Qrup mərhələsinin nəticələrinə görə, yeddi qrupun hər birində ilk yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.
İkinci yeri tutacaq altı milli isə qalan beş vəsiqə uğrunda mübarizə aparacaq.
Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb