Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Çempionlar Liqası: İngiltərə və Fransadakı oyunlar qolsuz bitib

20-02-2019, 09:14 Baxış: 95
 
Çempionlar Liqası: İngiltərə və Fransadakı oyunlar qolsuz bitib

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.

Ötən mövsümün finalçısı "Liverpul" İngiltərədə Almaniya "Bavariya"sını qəbul edib.

Görüş meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçsə də, qolsuz yekunlaşıb. 

Fransada "Lion" və İspaniya "Barselona"sının üz-üzə gəldiyi matçda da eyni hesab qeydə alınıb - 0:0. 

Cavab görüşləri martın 13-də olacaq.

Qeyd edək ki, əvvəlki 4 matçda "Tottenhem" ingiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandasını 3:0, "Roma" İtaliyada Portuqaliya "Portu"sunu 2:1 hesabı ilə yenib. Əvəzində "Ayaks" Hollandiyada İspaniya "Real Madrid"inə 1:2, "Mançester Yunayted" İngiltərədə Fransa PSJ-sinə 0:2 hesabı ilə uduzub. Bu gün "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) və "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) qarşılaşmaları ilə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.