Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Edi Reski Dviçayo “Austrian Open 2019” turnirində çıxış edib

23-02-2019, 07:02 Baxış: 69
Edi Reski Dviçayo “Austrian Open 2019” turnirində çıxış edib
Avstriyanın paytaxtı Vyanada badminton üzrə "International Challenge” seriyalı "Austrian Open 2019” turniri keçirilir.
Azərbaycan Badminton Federasiyasından bildirilib ki, mübarizəyə onaltıdabir finaldan başlayan təmsilçimiz Edi Reski Dviçayo ilk görüşdə Belçika idmançısı Maksim Morelslə qarşılaşıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində oyun 3 set davam edib.
İlk seti 21:15 hesabı ilə irəlidə bitirən Edi ikinci hissədə rəqibinə 18:21 hesabı ilə uduzub. Həlledici üçüncü setin sonunda belçikalı idmançı 24:22 hesablı üstünlük qazanmaqla növbəti mərhələyə yüksəlib.