Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

PSJ “Mançester Yunayted”i, “Portu” “Roma”nı qəbul edir - AFİŞA

6-03-2019, 07:33 Baxış: 12
PSJ “Mançester Yunayted”i, “Portu” “Roma”nı qəbul edir - AFİŞABu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Fransada PSJ – "Mançester Yunayted”, Portuqaliyada isə "Portu” – "Roma” matçları baş tutacaq. Parislilər İngiltərədə "qırmızı şeytanlar”ı Presnel Kimpembe və Kilian Mbappenin qolları ilə məğlub edib – 2:0. Üstəlik, hazırda "Mançester Yunayted”in heyətlə bağlı ciddi problemləri var. Pol Poqba cəzalı, Xuan Mata, Ander Errera, Antonio Valensiya, Cessi Linqard və Nemanya Matiç zədəlidir. Fil Cons, Aleksis Sançes və Antoni Maritalın oynayıb-oynamayacağı dəqiq bilinmir. PSJ-də isə Neymar zədəli, Stenli Nsoki və Edinson Kavaninin durumu isə sual altındadır. "Mançester Yunayted”dən fərqli olaraq, "Roma” evdə "Portu”nu 2:1 hesabı ilə üstələyib. "Canavarlar”ın heyətində Nikolo Dzanyolo dubl etdiyi halda, rəqib düşərgədə Adrian Lopez fərqlənib. İtaliya komandasında Cengiz Ünder zədəlidir. Kostas Manolas və N.Dzanyolonun meydana çıxıb-çıxmayacağı oyun saatında bəlli olacaq. "Portu”nun heyətində isə itki yoxdur.