Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycanlı sumoçu ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb

16-03-2019, 22:45 Baxış: 74
Azərbaycanlı sumoçu ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb
Sumoçumuz Camal Feyziyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb.
Azərbaycan Sumo Federasiyasından bildiriblər ki, 18 yaşlı idmançımız sərbəst güləş yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Otuz iki idmançının qatıldığı yarışda Şri-Lanka, Rusiya və Belarus təmsilçilərinə qalib gələn C.Feyziyev yarımfinalda qırğızıstanlı güləşçiyə məğlub olub.
Bu, C.Feyziyevin festivalda üçüncü bürünc medalı olub.
O, bundan əvvəl mas-reslinq və kəmər güləşi yarışlarında bürünc medallara layiq görülüb.