Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Türkiyə, Fransa və Portuqaliya AVRO-2020-nin seçmə mərhələsində ilk oyunlarını keçirəcək - AFİŞA

22-03-2019, 07:48 Baxış: 93
Türkiyə, Fransa və Portuqaliya AVRO-2020-nin seçmə mərhələsində ilk oyunlarını keçirəcək - AFİŞABu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində I turun digər qarşılaşmaları keçiriləcək.
İkinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Öncə A qrupunda Bolqarıstan Monteneqronu qəbul edəcək.
Qrupun digər matçında İngiltərə "Uembli” stadionunda Çexiya ilə üz-üzə gələcək.
B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya evdə Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
Digər oyunda isə Lüksemburq və Litva komandalarının dueli olacaq.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək.
Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək.
Şenol Güneşin baş məşqçilik etdiyi kollektiv Albaniyanın müqavimətini qırmağa çalışacaq. AVRO-2020, seçmə mərhələ
I tur A qrupu
21:00.
Bolqarıstan – Monteneqro
23:45.
İngiltərə - Çexiya B qrupu
23:45.
Lüksemburq – Litva
23:45.
Portuqaliya – Ukrayna H qrupu
23:45.
Albaniya – Türkiyə
23:45.
Andorra – İslandiya
23:45.
Moldova – Fransa