Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRO-2020: Hollandiya-Almaniya oyununda qapılara 5 qol vurulub

25-03-2019, 08:04 Baxış: 31
AVRO-2020: Hollandiya-Almaniya oyununda qapılara 5 qol vurulub
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində daha 3 qrupda II turun oyunlarına yekun vurulub.
 C qrupunda Hollandiya yığması Almaniyanı qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bundestim ilk yarını 2:0 hesabı ilə öndə tamamlasa da, fasilədən sonra "narıncılar" hesabı bərabərləşdiriblər. Lakin 90-cı dəqiqədə Almaniya millisindən Niko Şults qələbə topunu vurub. Qrupun digər oyununda Şimali İrlandiya yığması da Belarus üzərində qələbəni son dəqiqələrdə əldə edib.
Bu, britaniyalıların qrupda ardıcıl ikinci qələbəsi olub.
G qrupunda İsrail Avstriyanı 4:2 hesabı ilə yenib.
Qalib komandadan Eran Zahavi "het-trik", qonaqlardan isə Marko Arnautoviç "dubl" edib.
Polşa yığması azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Latviyaya qalib gəlib - 2:0.
Sloveniya - Macarıstan matçında isə qalib müəyyənləşməyib - 1:1.
I qrupunda isə Rusiya səfərdə Qazaxıstana 4:0 hesabı ilə qalib gəlib.
Bununla da meydan sahiblərinin ilk turda Şotlandiya üzərində 3:0 hesablı qələbəsindən sonra yeni sensasiyanın gerçəkləşməsinə imkan verilməyib.
Qollardan 2-ni isə Denis Çerışev vurub. Şotlandiyanın özü isə bu dəfə səfərdə San-Marinoya qalib gəlməyi bacarıb - 2:0.
Belçika isə səfərdə Kipri eyni hesabla yenərək, 6 xalla qrup lideri olub.
Qeyd edək ki, E qrupunun oyunlarında Uels Slovakiyaya 1:0, Macarıstan Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib.
 
Beləliklə, bu komandaların hamısı eyni miqdarda - 3 xal toplayıb. Yalnız Azərbaycan millisi xalsızdır.
 
AVRO-2020, seçmə mərhələ, II tur, (24 mart) C qrupu 23:45. Şimali İrlandiya - Belarus - 2:1 Qollar: Conni Evans, 30. Coş Magennis, 87 - İqor Staseviç, 33 23:45. Hollandiya - Almaniya - 2:3 Qollar: Matteys De Liqt, 48; Memfis Depay, 63 - Leroy Sane, 15. Serj Qnabri, 34. Niko Şults, 90 Xal durumu: Şimali İrlandiya - 6, Almaniya - 3, Hollandiya - 3, Estoniya - 0, Belarus - 0. E qrupu 18:00. Uels - Slovakiya - 1:0 Qol: Daniel Ceyms, 5 21:00. Macarıstan - Xorvatiya - 2:1 Qollar: Adam Salai, 34. Mate Patkai, 76 - Ante Rebiç, 13 Xal durumu: Slovakiya - 3, Uels - 3, Macarıstan - 3, Xorvatiya - 3, Azərbaycan - 0. G qrupu 21:00. İsrail - Avstriya - 4:2 Qollar: Eran Zahavi, 34; 45; 55. Munas Dabbur, 66 - Marko Arnautoviç, 8; 75 23:45. Sloveniya - Makedoniya - 1:1 Qollar: Miha Zayts, 34 - Enis Bardi, 47 23:45. Polşa - Latviya - 2:0 Qollar: Robert Levandovski, 76. Kamil Qlik, 84 Xal durumu: Polşa - 6, İsrail - 4, Makedoniya - 4, Sloveniya - 2, Avstriya - 0, Latviya - 0. I qrupu 18:00. Qazaxıstan - Rusiya - 0:4 Qollar: Denis Çerışev, 19; 45+2. Artyom Dzyuba, 52. Abzal Beysebekov, 62 (öz qapısına) 21:00. San-Marino - Şotlandiya - 0:2 Qollar: Kenni Maklin, 4; Conni Rassell, 74 23:45. Kipr - Belçika - 0:2 Qollar: Eden Azar, 10. Mişi Batşuayi, 18 Xal durumu: Belçika - 6, Rusiya - 3, Qazaxıstan - 3, Kipr - 3, Şotlandiya - 3, San-Marino - 0.