Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRO-2020-də ikinci turun son oyunları keçirildi - Danimarkadan möhtəşəm geridönüş

27-03-2019, 08:50 Baxış: 39
AVRO-2020-də ikinci turun son oyunları keçirildi - Danimarkadan möhtəşəm geridönüş
Dünən gecə keçirilən qarşılaşmalar ilə Avropa çempionatının seçmə mərhələsində ikinci tura yekun vuruldu.
Finlandiyanın 2-0 hesablı qələbəsi ilə başlayan matç günündə diqqət mərkəzində olan oyunlar Bazeldə İsveçrə və Danimarka arasında baş tutdu.
Skandinaviya derbisində isə Norveç öz meydanında İsveçi qəbul etdi.
Hər iki oyunun ilk hissəsi ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşdı. İkinci hissədə Norveç millisi daha bir qol vuraraq İsveç üzərində üstünlüyünü möhkəmləndirdi. İkinci hissənin 70-ci dəqiqəsində Qranqvist penaltini dəqiq yerinə yetirə bilməsə də Klaason qol vuraraq hesab arasındakı fərqi 1-ə endirdi. İsveç millisi 86-cı dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb. Əlavə olunmuş dəqiqədə İsveç millisinin üzvü Kuaison dubl edərək komandanın möhtəşəm geridönüşündə pay sahibi oldu. Norveç də öz növbəsində bu qola cavab verərək məğlubiyyətdən xilas olmağı bacardı. Bu nəticə ilə Skandinaviya derbisində qalib müəyyənləşmədi. Danimarka ilə oyunun ikinci hissəsində Qranit Caka baxımlı zərbə ilə hesabı 2-0 etdi. İsveçrə millisi bu qolun ardından daha bir dəfə də fərqləndi. Bununla belə bu son qol olmadı və Danimarka millisində Yorgensen qol vuraraq tablodakı rəqəmləri dəyişdi.
Bundan bir neçə dəqiqə sonra Danimarka millisi növbəti qolu vuraraq intriqanı qaytardı. Oyunun son dəqiqələrində cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Danimarka inanılmazı bacardı. 3-3 hesablı nəticə ilə millilər hərəyə 1 xal qazanaraq matç gününə yekun vurdular. Bütün oyunlarda qeydə alınan nəticələr D qrupu İrlandiya 1-0 Gürcüstan İsveçrə 3-3 Danimarka F qrupu Malta 0-2 İspaniya Norveç 3-3 İsveç Ruminiya 4-1 Farer adaları J qrupu Ermənistan 0-2 Finlandiya Bosniya Hersoqovina 2-2 Yunanıstan İtaliya 6-0 Lixtenşteyn