Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycan voleybolçusu CEV kuboku yarışlarının gümüş medalına sahib olub

27-03-2019, 13:29 Baxış: 40
Azərbaycan voleybolçusu CEV kuboku yarışlarının gümüş medalına sahib olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Katerina Jidkova Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının gümüş medalını qazanıb.
Voleybolçumuzun çıxış etdiyi Rumıniyanın "Alba” komandası final görüşündə İtaliyanın "Yamamay” komandası ilə qarşılaşıb. İlk görüşdə İtaliya təmsilçisinə doğma meydanda 0:3 hesabı ilə məğlub olan "Alba” cavab qarşılaşmasında da 1:3 hesabı ilə uduzub. Beləliklə, iki oyununun nəticəsinə görə, "Yamamay” üçüncü dəfə CEV kuboku yarışlarının qalibi olub.
Qeyd edək ki, cavab qarşılaşmasında voleybolçumuz 10 xal toplayıb.