Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Lyuka düşən pilot: Çox uğursuz olduq

30-04-2019, 09:01 Baxış: 28
Lyuka düşən pilot: Çox uğursuz olduq
Azərbaycan Qran-Prisi Formula-1-in indiki mövsümündə onun üçün ən uğursuz mərhələ olub.
Bunu "Villams” komandasının pilotu Corc Rassel bildirib. "Bazar günü bir az yaxşı keçdi. Lakin ümumilikdə Bakıda bizim üçün ən uğursuz uik-end oldu. Hər şey bizim gözlədiyimizdən pis oldu. İndi biz Barselonada keçiriləcək Qran-Prini gözləyirik. Ümid edirik ki, orada rəqiblərimizə yaxın mübarizə aparacağıq”, - Rassel qeyd edib. Xatırladaq ki, Rassel ilk sərbəst praktika zamanı qəzaya uğrayıb.
Corcun bolidi düzgün bərkidilməmiş lyuka düşüb. Nəticədə maşın ciddi zərbə alıb və komanda şassini dəyişməyə məcbur olub. Sonra keçirilən təsnifatda Rasselin tərəfdaşı Robert Kubitsa hasara çırpılıb. Bu qəzaların nəticəsində komandanın pilotları yürüşdə sonuncu yeri tutublar və qalibdən iki dairə geri qalıblar.