Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib

5-05-2019, 13:30 Baxış: 16
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonu” keçirilib.
Marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. "Küləyə qalib gəl” Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirən, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib. Moskva "Dostluq marafonu”nun məsafəsi 8 kilometrə yaxın olub.
İştirakçılar "Universitet” metrosunun yaxınlığında start götürərək, şəhərin müxtəlif yerlərindən – Kosıgin küçəsindən, "Vorobyovı qorı”dan, Puşkinsk və Frunzensk sahilboyundan, "Neskuçnı sad”dan keçərək Qorki parkında finişə çatıblar.