Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Məzarsız türbə, uniformalı taksi sürücüləri və afrikalı ofisiant

20-05-2019, 18:57 Baxış: 38
Məzarsız türbə, uniformalı taksi sürücüləri və afrikalı ofisiantFutbol üzrə Azərbaycan Kubokunun final matçının iki ildən sonra yenidən Naxçıvanda keçirilməsi barədə qərar heç də birmənalı qarşılanmamışdı.
Bu, ilk növbədə, Muxtar Respublikada ilin-günün bu vaxtında hava şəraitinin hədsiz isti olmasından irəli gəlirdi. Finalçı "Qəbələ" və "Sumqayıt" klublarının rəhbərliyindən tutmuş futbolçularınadək hamısı bəzən açıq, bəzən də üstüörtülü formada qərardan narazılıqlarını büruzə verirdilər.
Elə media da Naxçıvan finalının əleyhinə idi. Səbəb kimi oradakı stadionda jurnalistlərin iş şəraitinin çox aşağı səviyyədə olması, hətta internetin belə zəifliyi göstərilirdi. Oyuna bir neçə gün qalmış isə daha bir xəbər gəldi. Məlum oldu ki, təşkilatçı Peşəkar Futbol Liqası (PFL) Naxçıvana heç bir media əməkdaşını aparmayacaq. Bu, maddi durumu onsuz da aşağı səviyyədə olan idman mətbuatı üçün yaxşı xəbər deyildi. Demək, mövsümün son oyununu işıqlandırmaq istəyən hər bir KİV Muxtar Respublikaya öz imkanları hesabına getməli idi. Bu, heç də az məbləğ deyildi: Təyyarə ilə gediş-dönüş bileti 100 manat, üstəgəl, oyun günü dönüş biletləri komandaların özləri tərəfindən alındığından, Naxçıvanda ən azı bir günlük qalma xərcləri. Bura nahar və şəhəriçi nəqliyyat xərclərini də gəldikdə, ən azı 150 manatından keçməli idin. Nəticə isə belə oldu: Yayımçı CBC Sport telekanalından başqa mövsüm ərzində əksər oyunlarda təmsil olunmuş 3 media orqanı Naxçıvan səfəri üçün də xərc çəkdi. Onların arasında "Report" da var idi. Oyun gününə gediş-dönüş biletləri tapmaq mümkün olmadığından, oteldə iki gecə qalası oldum.