Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

EYOF: Azərbaycanın daha bir güləşçisi qızıl medal əldə edib

21-07-2019, 18:38 Baxış: 43
EYOF: Azərbaycanın daha bir güləşçisi qızıl medal əldə edib
Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni sınağa çəkib. Rəqibini məğlub edən (11:4) Haqverdiyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) isə bürünc medala sahib olub.