Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Olimpiya təsnifat turnirinə hazırlığı İstanbulda davam etdirir

22-07-2019, 12:50 Baxış: 38
Voleybol üzrə qadınlardan ibarət milli komandamız Olimpiya təsnifat turnirinə hazırlığı İstanbulda davam etdirir2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqləri İstanbulda davam etdirir.
Bolqarıstan və Rusiyadan sonra Türkiyədə hazırlıq keçən millimiz yerli komanda yoldaşlıq oyunu keçirib.
Matçda ev sahibləri 3:1 hesabı ilə qalib gəliblər. İyulun 24-dək İstanbulda məşqləri davam etdirəcək millimiz oradan Braziliyaya yollanacaq.
Qeyd edək ki, avqustun 1-3-də keçiriləcək Olimpiya təsnifat turnirindən əvvəl komandamız Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir.