Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Rəqiblərini “ağladan” güləşçilərimiz

23-07-2019, 16:03 Baxış: 195
Rəqiblərini “ağladan” güləşçilərimiz
Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı çərçivəsində güləş yarışı davam edir.
Azərbaycan güləşçiləri yarışda uğurlu çıxışları ilə diqqət çəkirlər. İyulun 21-də, ilk yarış günündə Murad Haqverdiyev (sərbəst güləş – 45 kq) və Fərid Sadıxlı (yunan-Roma – 45 kq) qızıl, Əbülfəz Nəsirov (sərbəst güləş – 55 kq) gümüş, Nihat Məmmədli (yunan-Roma – 55 kq) isə bürünc medala yiyələnib. İkinci yarış günündə Qurban Qurbanov (yunan-Roma – 48 kq) və Həsrət Cəfərov (yunan-Roma – 60 kq) qızıl, Sabir Cəfərov (sərbəst güləş – 60 kq) gümüş, Mircavad Nəbiyev isə (sərbəst güləş – 48 kq) bürünc medal qazanıb.
Qadınlardan Gültəkin Şirinova (46 kq) və Mərziyə Sadıqova (61) gümüş medalla kifayətləniblər.
Bu gün isə 7 güləşçimiz EYOF-da mübarizəyə qoşulub.
Beləliklə, festivalın ilk iki günü 11 Azərbaycan güləşçisindən 10-u medal qazanıb. Azərbaycan dörd qızıl, dörd gümüş və iki bürünc medalla medal sıralamasında liderliyini qoruyur.