Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Davor Şuker: "AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu Avropa Liqasının finalından da yaxşı təşkil olunacaq"

9-09-2019, 08:43 Baxış: 17
Davor Şuker: "AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu Avropa Liqasının finalından da yaxşı təşkil olunacaq"
"Seçmə mərhələdə hər oyun 3 xal qazanmaq vacibdir.
Zaqrebdəki qarşılaşmada elə də yaxşı təsir bağışlamadığımız halda, qələbə qazanan tərəf olmuşduq. Tarixən Bakıda bir pis oyunumuz olub.
Bu, 2015-ci ildə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüş idi. Ümidvaram ki, sabah biz qalib olacağıq". Bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl  müsahibəsində deyib. Əfsanəvi mütəxəssis Azərbaycana qarşı xoş münasibətindən də danışıb: "Müstəqilliyimizi qazandığımız 1992-ci ildən sonra çox yaxşı nəticələrimiz olub. Son olaraq, 2018-ci il dünya çempionatında ikinci yeri tutmuşuq. O qədər də böyük əhalimiz olmasa da, baş məşqçilərlə bağlı yaxşı trend yaratmışıq. Həmçinin, çox şadıq ki, Robert Prosineçki burada çalışıb.
O, çox gözəl insan və yaxşı baş məşqçidir. Bu, bizim üçün çox xoşdur.
Özüm də Azərbaycanı çox sevirəm. Həm AFFA-da, həm də Azərbaycanın özündə çoxlu dostlarım var. Sabahkı oyundan bir qədər kənara çıxaraq bildirim ki, bu il Bakıda Avropa Liqasının final matçı keçirilmişdi. İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilatçılığı barədə bütün fikirlər müsbət olmuşdu.
UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu bundan da yaxşı təşkil olunacaq".
Şuker uğursuz nəticə təqdirində Zlatko Daliçi Niko Kovaç kimi istefa təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı isə belə cavablandırıb: "Ümidvaram ki, sabahkı oyundan sonra baş məşqçimizi dəyişməyəcəyik. Hazırda qrupdakı vəziyyətimiz çox yaxşıdır. Çox gözəl oynayırıq.
Ümidvaram ki, AVRO-2020-yə Zlatko Daliçlə birgə yollanacağıq". Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlanacaq.