Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

"Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone

18-09-2019, 08:53 Baxış: 1 008
"Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone
"Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçına dair gözləntilərini bölüşüb.
"Marca" xəbər verir ki, o, eyni zamanda "Yuventus"un məşhur portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun oyun qaydalarına münasibət bildirib. "Belə bir hücumçuya qarşı oyuna necəsə hazırlaşmaq çətindir.
Bu, böyük uğurlara imza atan bir yırtıcıdır. O, qapı yaxınlığında top alanda, daim təhlükə yaradır. Və buna nəzarət etmək çox çətindir, çünki Ronaldo meydanda hər şeyi bacarır. Ona görə "Atletiko" bundan əziyyət çəkir.
Bəzən biz onun oynadığı komandalara qalib gəlirik, bəzən isə məğlub oluruq, çünki o, qol vuran yırtıcıdır”, - deyə İspaniyanın "Marca" nəşri Simeonenin sözlərini sitat gətirib. "Atletiko" - "Yuventus" matçı bu gün Bakı vaxtı ilə 23: 00-da başlayacaq.