Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Hicabla döyüşən iranlı qadın aldığı zərbədən ölüb

19-11-2019, 12:43 Baxış: 101
Hicabla döyüşən iranlı qadın aldığı zərbədən ölübİngiltərənin Sautgempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.
"MMAJunkie” portalın məlumatına görə, İran əsilli qadın idmançı Səidə Alitaha "Fast and Furious Fight” adlı yarışda uduzduqdan sonra ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun həyatını xilas edə bilməyiblər. Təşkilatçılar 26 yaşlı döyüşçünün yaxınlarına başsağlığı veriblər.
Şəhər polisi isə hadisə ilə bağlı araşdırmaya başlayıb.
 
Qeyd edək ki, Səidə Alitaha İranda doğulsa da, İngiltərədə yaşayıb.
O, məşq və döyüşlərə hicabla çıxıb.