Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Lionel Messi sona beş dəqiqə qalmış vurduğu qolla “Barselona”ya qələbə qazandırıb

2-12-2019, 09:18 Baxış: 17
Lionel Messi sona beş dəqiqə qalmış vurduğu qolla “Barselona”ya qələbə qazandırıb
Dekabrın 1-də İspaniya La Liqasının 15-ci turunun mərkəzi qarşılaşması keçirilib.
 
Barselona” səfərdə digər iddialı klub "Atletiko Madrid”in qonağı olub.
 
Gərgin hücumlarla bol olan ilk hissədə hesab açılmayıb.
Görüşün sonuna beş dəqiqə qalmış Messi özünün başladığı kombinasiyanı qolla tamamlayıb. Beləliklə, görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona”nın əzəli rəqibi "Real Madrid” isə səfərdə "Deportivo Alaves”i 2:1 hesabı ilə məğlub edib.
On beş turdan sonra turnir cədvəlində iki liderlik höküm sürür. Aktivlərində 31 xalı olan "Real Madrid” və "Barselona” birinci və ikinci yerləri bölüşür.
 
Bir xalı az olan "Sevilya” üçüncü, 26 xalla "Real Sosyedad” isə dördüncü yerdə qərarlaşıb.