Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub

9-12-2019, 15:32 Baxış: 38
Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub
Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.
 
TASS xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.
 
Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib.
 
Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.