Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar

10-12-2019, 10:27 Baxış: 49
Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
Rusiyanın paytaxtı Moskva şəhərində WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.
 
Pauerliftinq üzrə dünya çempionatında Azərbaycan "Powerlifting” idmançıları tam heyətlə iştirak ediblər.
 
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin, vitse-prezident Rüfət Ağayevin və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub. Belə ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb.
 
O, üç hərəkətin cəmində 685,5 kiloqram qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib. Bundan başqa, idmançılarmız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kiloqram), Ramil Əhmədov (-90 kiloqram), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kiloqram) qızıl medal qazanıblar. Ramin Rzayev (-75 kiliqram), Əli Əsgərov (-82 kiloqram), Hafiz Verdiyev (-100 kiloqram) və Aydın Hümbətov (-110 kiloqram) gümüş medala yiyələniblər. Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kiloqram nəticə ilə dünya rekorduna imza atıb.