Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

8-07-2021, 10:07 Baxış: 71
   “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
Dünən Azərbaycan çempionu "Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb.
 
Altabaşaz xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu "Dinamo” (Tiflis) ilə qarşılaşıb. Tiflisdə baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.
7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasında iştirak edən bakılılar səfərdən 2:1 hesablı qələbə ilə ayrılıblar.
"Neftçi”yə qələbə qazandıran qollara Namiq Ələsgərovla Emin Mahmudov imza atıb.
 
 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

7 iyul

20:00. Dinamo (Tiflis) - Neftçi - 1:2

Qol: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen.

Baş hakim: David Fuksman (İsrail).

Tiflis. Boris Payçadze adına "Dinamo Arena”.

"Dinamo": Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze

"Neftçi": Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov