Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"Qəbələ" Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda qələbə qazanıb

18-08-2016, 23:31 Baxış: 222

"Qəbələ" Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda qələbə qazanıbBu gün Qəbələ şəhərinin eyniadlı klubu UEFA Avropa Liqasının "play-off" mərhələsində ilk qarşılaşmasına çıxıb.

 Azərbaycan klubu "Dalğa Arena”da Sloveniyanın "Maribor” kollektivini qəbul edib.

Görüş "Qəbələ" üçün gözlənilməz başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində rəqib Tavaresin qolu ilə hesabda irəli çıxıb. Lakin "Maribor"un üstünlüyü çox sürməyib və Azərbaycan klubu Sergey Zenyovun 37-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Matçın ikinci hissəsinin əvvəlində "Qəbələ” rəqib qapısından ardıcıl iki top keçirib. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə iki qol vuraraq hesabı 3:1-ə çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Avropa Liqası, "play-off" mərhələsi, ilk oyun

21:00. "Qəbələ" – "Maribor" (Sloveniya) - 3:1

Qol: Sergey Zenyov, 37. Dabo,50; 52 - Tavares, 17

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko

Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)

Bakı. "Dalğa Arena" stadionu.