Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Lukaşenko: İkinci Avropa Oyunları Belarusda keçiriləcək

21-10-2016, 15:48 Baxış: 320

Lukaşenko: İkinci Avropa Oyunları Belarusda keçiriləcək

Minsk 2019-cu ildə keçirilməsi planlaşdırılıan ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Cənab Lukaşenko bu barədə cümə günü Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin (EOC) görüşündə deyib, Reuters xəbər verir.

"Biz tarixi qərara gəlmişik və 2019-cu ildə Avropa idmançıları burada toplaşacaqlar", cənab Lukaşenko EOC Baş Assambleyasında bildirib, Belta xəbər agentliyi yazır.

"Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını keçirməyə hazırdır", Belarus prezidenti əlavə edib.

Aleksandr Lukaşenko həmçinin ölkənin milli Olimpiya Komitəsinə rəhbərlik edir.

Lukaşenko: İkinci Avropa Oyunları Belarusda keçiriləcək
 Rusiya  kütləvi dopinq qalmaqalına görə ikinci Avropa Oyunlarını keçirə bilməyib.
2018-ci ildə isə Berlin və Glasgow şəhərlərində bu yarışa rəqib olan Avropa İdman Çempionatının keçirilməsi planlaşdırılır.