Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Luçesku yeni komanda ilə anlaşır

24-05-2016, 10:23 Baxış: 350
Luçesku yeni komanda ilə anlaşır 
Tanınmış məşqçi Mirça Luçesku gələn mövsümdən Sankt-Peterburqun "Zenit” klubunu çalışdıracaq. Bu haqda rumıniyalı mütəxəssisin  nümayəndəsi – moldovalı agent Arkadi Zaporojana açıqlama verib.
"Bəli, artıq söyləmək olar ki, Aleksey Millerlə görüşdən sonra "Zenit”lə prinsipial razılaşma əldə edilib. Bu, çox əla xəbərdir, ancaq təbrik etmək hələ tezdir, müqavilə hələ imzalanmayıb”, - Arkadi deyib.
Onun sözlərinə görə, Mirça Luçesku "Zenit”in yeni tikilən stadionuna gedib, bazasında olub, Müqaviləyə gəldikdə, Arkadi Zaporojana deyib ki, iki illik nəzərdə tutulsa da, daha bir il uzadıla bilər: "Maliyyə tərəfini isə açıqlaya bilmərəm, bu klubun səlahiyyətindədir. Mirça Luçesku Peterburqa mayın 22-də gəlib və Rusiyanın şimal paytaxtının ən bahalı hotellərindən birinə yerləşib.
70 yaşlı Luçeski 2004-cü ildən bəri Ukraynanın "Şaxtyor” klubunun baş məşqçisi olub.
Onun rəhbərliyi ilə klub 8 dəfə ölkə çempionluğunu qazanıb, 5 dəfə ölkə kubokunda, 7 dəfə Ukrayna Superkubokunda qalib gəlib. Rumıniyalı məşqçi Donetsk komandasına 2008/2009-cu il mövsümündə UEFA Kubokunu da qazandırıb.
Tezis.az