Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Ağır atletika üzrə Azərbaycan kuboku yarışlarında 200-dən artıq idmançı mübarizə aparır

10-11-2016, 18:39 Baxış: 368

Ağır atletika üzrə Azərbaycan kuboku yarışlarında 200-dən artıq idmançı mübarizə aparır 

Noyabrın 10-da Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan kuboku yarışları başlayıb.

Yarışda paytaxt və regionlarda fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.

Yeniyetmə qızların mübarizəsində Avropa birinciliyinin ikiqat qalibi Səbinə Əzimova 149 kiloqram (64+85) nəticə və 215.7 xalla qızıl medal qazanıb. Sonrakı yerləri, müvafiq olaraq, 146 kiloqram (58+78) və 179.8 xalla Lalə Rzazadə, 136 kiloqram (61+75) nəticə, 168.2 xalla Fidan Hüseynzadə tutublar.

Böyüklərin mübarizəsində Anastasiya İbrahimli 187 kiloqram (83+104) nəticə və 218.1 xalla bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Firuzə İbrahimova (167 kq, 217.6 xal) gümüş və Elnarə Abbasova (163 kq, 206.7 xal) isə bürünc medal qazanıblar.

Sinkleyr cədvəli üzrə müəyyənləşən qalibləri Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, "Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov və Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov mükafatlandırıblar.

Yarışa noyabrın 13-də yekun vurulacaq.