Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

SOCAR Avropadakı ofislərindən birini bağladı

25-05-2016, 10:51 Baxış: 220
SOCAR Avropadakı ofislərindən birini bağladı 
 
SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb.
Bu barədə İsveçrənin rusdilli "Nasha Gazeta" nəşrinə müsahibəsində səfir Əkrəm Zeynallı deyib./APA

"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə,SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCARİsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCARTrading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.

Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: "Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şrikətə çevrilib və müştərilər ondan razıdır".
Tezis.az