Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

"Real Madrid" "Barselona"nın rekordunu təzələdi

8-01-2017, 17:50 Baxış: 221
"Real Madrid" "Barselona"nın rekordunu təzələdi
Dünya Klublar Çempionatında qələbə qazanan "Real Madrid", İspaniya liqasına da "Qranada" qələbəsi ilə qayıdıb. 
İspaniya La Liqasının 17-ci həftəsində Real Madrid öz evində "Qranada"nı qəbul edib. 2017-ci ildə ilk matçına çıxan lider, rəqibini darmadağın edib. 
12-ci və 31-ci dəqiqələrdə İsko, 20-ci dəqiqədə Benzema, 27-ci dəqiqədə Ronaldo və 58-ci dəqiqədə Kasemironun qolları ilə hesab 5:0 olub.
"Real Madrid" bu nəticə ilə xalını 40-a yüksəldib. Bundan başqa, "Real Madrid" "Barselona"nın rekordunu təzələyib.  
Belə ki, Zidanın tələbələri məğlubedilməzlik seriyasını 38 oyuna çıxararaq, əzəli rəqibləri "Barselona"nın rekorduna ortaq olub.