Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu qoruyub

11-01-2017, 08:50 Baxış: 149
Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu qoruyub
Bu il Azərbaycanda iqtisadi artım 1,2% təşkil edəcək
Bu barədə Dünya Bankının (DB) "Gloal Economic Prospects” adlı yanvar tədqiqatında deyilir.
Bildirilir ki, iqtisadi artıma səbəb neftin qiymətinin artması və iqtisadi disbalansın azalmasıdır.
Bununla yanaşı, DB qeyd edir ki, neftin qiymətindədki volatillik hələ də iqtisadiyyata əsas risk yaradan amildir.
Qeyd edək ki, DB bundan öncə də 2017-ci ildə Azərbaycanda 1,2%-lik artım proqnozlaşdırıb. Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2,3% artacaq.