Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

AVROPA BANKLARINA 159 MİLYARD AVRO LAZIMDIR

1-03-2017, 11:58 Baxış: 234
[medium=left]http://altaba.az/uploads/posts/2017-03/1488355128_avropa_banklari.jpg[/medium]
 
Avropa Bankları Avropa Birliyi nəzarətçilərinə əsasən təqribən 159 milyard avroluq maliyyə boşluğunu doldurmalıdırlar.

Avropanın Bank Nəzarəti qurumunun (ABN, ing.: EBA) çərşənbə axşamı Londonda verdiyi məlumata görə, maliyyə təşkilatlarının 2018-ci ildən etibarən tətbiq ediləcək qaydalara uyğun fəaliyyət göstərə bilmələri üçün dayanıqlı vəsaitə ehtiyacları vardır. Belə ki, maliyyə təşkilatlarından tələb olunur ki, maliyyə öhdəlikləri uzun müddətli böhranlara qarşı tam gətirməlidir. Bu isə "Sabit Borclanma Nisbəti" (SBN, ing.: NSFR) ilə ölçülür ki, bu əmsal da gələn ildən ən azı 100% olmalıdır. ABN isə hesabatında AB ölkələri və Norveçdə fəaliyyət göstərən 164 maliyyə təşkilatları ilə bağlı araşdırmanı açıqlayıb. 

SBN (ing.: Net Stable Funding Ratio, NSFR) Beynəlxalq Bank Qaydalarının önəmli tərkib hissəsidir, hansi ki maliyyə sektorunda "Basel III" kimi tanınır və 2008-ci ildə müşahidə edilən maliyyə böhranından sonra tətbiq edilməyə başlandı. Tətbiq edilən qayda ilə maliyyə təşkilatları böhranlara qarşı dayanıqlı olmalıdırlar. Əmsalın məqsədi isə interbank bazarında qısa müddətli maliyyə öhdəliklərindən aslılığı azaltmaqdır. Qeyd etmək lazımdır ki, maliyyə böhranının əsas səbəblərindən biri də bu idi.

ABN-nin verdiyi hesabatda maliyyə qurumlarının 80.6%-nin artıq minimum tələbi yerinə yetirdiyi göstərilir.